
UEFA rəsmisi AFFA-da məşqçilərə kurs keçir
- 08 Avq 2023 10:38
- 431
AFFA-da məşqçilər üçün kurs keçirilir.
Rekord.az xəbər verir ki, tədbir UEFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı ilə həyata keçirilir.
Kurslar məşqçi kurslarının təlimatçiları üçün (Coach Educator course) nəzərdə tutulub. Buna UEFA-nın təyin etdiyi Dani Riser və Təhsil proqramının rəhbəri Aslan Kərimov rəhbərlik edir.
Qeyd edək ki, kurs avqustun 10-dək davam edəcək.