UEFA "Rekord.az"-ın sorğusuna cavab verdi, "Turan Tovuz"un cəzasını təsdiqlədi - EKSKLÜZİV
- 13:08
- 151
UEFA "Turan Tovuz"un bu yay Konfrans Liqasında iştirak etməyəcəyini rəsmən təsdiqləyib. Avropanın ali futbol qurumu bunu "Rekord.az"-ın rəsmi sorğusundan sonra öz saytında açıqlama yayaraq edib.
Belə ki, "Rekord.az" saytı olaraq "Turan Tovuz"un UEFA Konfrans Liqasının 2026-27-ci illər mövsümündə iştirakdan məhrum edildiyi barədə açıqlama yayılıb. Ancaq bu barədə qurumunuzun nə ümumi (UEFA.com), nə də İntizam qərarları barədə saytında (disciplinary.uefa.com) heç bir qeyd və ya məlumat yoxdur. Qərarın rəsmi olub-olmadığını təsdiq etməyinizi xahiş edirik" müraciətini etdik. Yalnız bundan sonra UEFA müvafiq cəza qərarını öz səhifəsində yerləşdirdi.
Qərarda deyilir:
Azərbaycan klubu 2026/2027 UEFA Konfrans Liqasında iştirak etmək hüququndan məhrum edilib
2 iyun 2026-cı il tarixində UEFA Apelyasiya Orqanının sədri aşağıdakı qərarı qəbul edib:
Qərar: 2026/2027 UEFA Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi ilə tələb olunan qəbul meyarını yerinə yetirmədiyinə, yəni milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyinə görə PFK Turan Tovuz 2026/2027 UEFA Konfrans Liqasında iştirak etmək hüququndan məhrum edilib.
Qərarın linki budur: https://disciplinary.uefa.com/02a6-20c75671012c-e7784c9ee807-1000/