UEFA Çempionlar Liqasının qrup mərhələsində ən yaxşı qolu açıqlayıb.

Rekord.az xəbr verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb. Ən yaxşı qolun müəllifi PSJ-nin futbolçusu Neymar olub.

28 yaşlı hücumçunun 6-cı turda "Başakşehir"ə vurduğu qol ən yaxşı seçilib.

Qeyd edək ki, “Krosnadar”ın futbolçusu Maqomed-Şapi Süleymanovun “Sevilya”ya vurduğu qol 2-ci, “Bavariya” nın müdafiəçisi Yozua Kimmixin “Lokomotiv” ə vurduğu qol isə 3-cü olub.