
UEFA Qrizmannın cəzasını açıqladı
- 18 Noy 2021 15:40
- 413
İspaniyanın “Atletiko” klubunun Çempionlar Liqasında “Liverpul”a qarşı keçirilən matçda (2:3) qırmızı vərəqə alan futbolçusu Antuan Qrizmannın cəzası məlum olub.
Rekord.az xəbər verir ki, UEFA fransalı hücumçunu 2 oyunluq diskvalifikasiya edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qrizmann Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 24-də “Milan”a qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.