
UEFA pizza şirkətini niyə məhkəməyə verib?
- 01 Fev 2022 15:45
- 589
UEFA Almaniyanın pizza şirkəti “Pizza Wolke”ni məhkəməyə verib.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı qurumun saytı yayıb.
UEFA-nı bu addımı atmağa vadar edən səbəb odur ki, şirkət UEFA Çempionlar Liqasının adı ilə uzlaşan (Çempionlar Liqası) pizza istehsal edir.
Alman şirkətində UEFA-nın bu addımı yumorla qarşılaşıb.
Onlar hesab edirlər ki, UEFA-nın tələbi əsassızdır və məhkəmə çəkişməsində ali futbol qurumunun qalib gəlmək şansı yoxdur.