
UEFA-dan kobud səhv: Püşkatma təkrarlanacaq
- 13 Dek 2021 17:10
- 640
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrarlana bilər.
Rekord.az xəbər verir ki, buna səbəb püşkatma zamanı texniki səhvə yol verilməsidir.
Belə ki, püşk eyni qrupda mübarizə aparan iki komanda -"Vilyarreal" və "Mançester Yunayted"i üz-üzə qoyub. Səhvini başa düşən mütəxəssislər səbətdən yenidən püşk çıxartmalı olublar.
Mərasim bitdikdən sonra isə UEFA rəsmi olaraq püşkatmanın bu gün yenidən keçiriləcəyini bildirib.