
UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
- 19 Okt 2021 16:15
- 530
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Yablonets” (Çexiya) - “Randers” (Danimarka) oyununu idarə edəcək.
Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Oktyabrın 21-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.