UEFA “Atletiko”nun futbolçusu Antuan Qrizmanna verdiyi 2 oyunluq cəzaya endirim edib.

Rekord.az xəbər verir ki, fransalı hücumçunun cəzası 1 oyuna endirilib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA Qrizmannı Çempionlar Liqasının “Milan”la səfər oyununda birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırmışdı. “Atletiko” buna etiraz edərək, cəzanın endirilməsi üçün UEFA-ya müraciət etmişdi.