AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən təyinat alıb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Macarıstanın Seqed şəhərində keçiriləcək Macarıstan – Qazaxıstan oyununun UEFA nümayəndəsi Zümrüd Ağayeva olacaq.