
UEFA azərbaycanlı hakimlərin kateqoriyalarını dəyişdirdi
- 18 Dek 2021 11:00
- 532
UEFA 2021/22 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin kateqoriyalarında dəyişikliklər edib.
Rekord.az xəbər verir ki, əsas dəyişiklik üçüncü kateqoriyanın ləğv edilərək, ikinci kateqoriyanın genişləndirilməsidir.
Bu səbəbdən, Azərbaycanın iki FİFA referisi - Elçin Məsiyev və Rauf Cabbarov ikinci kateqoriyaya keçib. Digər FİFA referimiz Əliyar Ağayev isə yenə birinci kateqoriyada qalıb.