
UEFA AÇ öncəsi millimizin heyətində dəyişikliyə icazə verdi
- 19 Yan 2022 18:00
- 469
Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Rekord.az xəbər verir ki, dünən Qroningendə keçirilən hazırlıq prosesi zamanı Emanoel Rodriqes (Maneka) zədələnib.
Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib. Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. O, bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.