
"Udineze" türk əsilli futbolçunu saxlamağa qərar verdi
- 18 İyn 2022 12:30
- 491
"Udineze" türk əsilli almaniyalı futbolçu Tolqay Arslan ilə müqaviləni uzatmağa qərar verib.
Rekord.az "Tuttosport"a istinadən xəbər verir ki, İtaliya klubu 31 yaşlı yarımmüdafiəçinin sözləşməsindəki bənddən istifadə edib. Müqaviləyə əsasən Tolqay növbəti mövsümü də Seria A təmsilçisində keçirəcək.
Qeyd edək ki, yarımmüdafiəçi daha əvvəl "Beşiktaş", "Fənərbaxça" və "Hamburq"da çıxış edib. O, 2020-ci ildən çıxış etdiyi "Udineze"də 64 oyunda 4 qolla yadda qalıb.