Uçuş qadağasına görə bu turnirdə oynaya bilməyəcəklər
- 13 Yan 2023 11:00
- 396
Mərakeş millisi Əlcəzairdə keçiriləcək Afrika Millətlər Çempionatında iştirak etməyəcək.
Rekord.az Mərakeş Furbol Federasiyasına istinadən xəbər verir ki, buna səbəb Əlcəzairin hava məkanının Mərakeş təyyarələri üçün bağlı olmasıdır. Lakin dekabrda Mərakeş Futbol Federasiyası komandanın Rabatdan Əlcəzairə uçmasına icazə vermişdi.
Turnirin başlamasına bir gün qalmış icazə təsdiqlənməyib. Buna görə Mərakeş millisi turniri tərk etmək qərarına gəlib.
2023-cü il Afrika Millətlər Çempionatı yanvarın 13-dən fevralın 4-dək Əlcəzairdə keçiriləcək.
Afrika Millətlər Kubokundan fərqli olaraq, bu turnirdə yalnız ölkələrin daxili çempionatlarının oyunçularından olan komandalar çıxış edə bilər, yəni xaricdə oynayan futbolçuların iştirakına icazə verilmir.
Mərakeş millisi son 2 turnirin (2018 və 2020) qalibi olub.