AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının sonuncu – 27-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Neftçi-2” – “Şamaxı-2” oyununun 33-cü dəqiqəsində “Şamaxı-2” komandasının 80 nömrəli futbolçusu Həbib İsmayılov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Şamaxı-2” komandası 250 manat cərimə edilib.


“Araz-Naxçıvan-2” – “Sabah-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.


“Araz-Naxçıvan-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Araz-Naxçıvan-2” komandasının 86 nömrəli futbolçusu İbrahim Piriyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Araz-Naxçıvan-2” komandası 300 manat cərimə edilib.


“Araz-Naxçıvan-2” – “Sabah-2” oyununun 32-ci dəqiqəsində “Sabah-2” komandasının 97 nömrəli futbolçusu Ramil Nuraxmedov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Sabah-2” komandası 800 manat cərimə edilib.


“Araz-Naxçıvan-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 74 nömrəli futbolçusu Həmzəalı Mikayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Sabah-2” komandası 300 manat cərimə edilib.


“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.