
U-21 millimizin sabiq kapitanı "Füzuli"də
- 03 May 2023 11:00
- 836
"Region Liqası"nın iddialı komandalarından olan "Füzuli" heyətini daha bir futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi vaxtı ilə U-21 millimizin kapitan sarğısını da daşımış Emin Mustafayevi heyətinə qatıb.
Karyerası ərzində "Qarabağ", "Sumqayıt", "Rəvan", "Karsspor" (Türkiyə) kimi klubarda forma geyinən Mustafayev, hazırda "Neftçi" Futbol Akademiyasında məşqçi kimi çalışır.