Türkiyəli futbolçu “Roma”nı “Yuventus”a dəyişdi
- 11:30
- 23
"Yuventus" Türkiyə millisinin müdafiəçisi Zeki Çeliki transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu ilə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Zeki Çelik son olaraq 2022-ci ilin yayından çıxış etdiyi "Roma"da oynayıb. Türkiyəli müdafiəçi bu yay müqaviləsinin başa çatması səbəbindən paytaxt təmsilçisindən ayrılıb.
O, ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.