Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
- 16:00
- 42
İngiltərənin "Brayton" klubunda 2025/2026 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu ada türkiyəli müdafiəçi Ferdi Kadıoğlu layiq görülüb.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyə millisinin üzvü azarkeşlər arasında keçirilmiş sorğuda hamını qabaqlayıb.
Ferdi Kadıoğlu bu mövsüm "qağayılar"ın heyətində keçirdiyi 41 oyunda 1 qol vurub.