Türkiyə Superliqasının 18-ci turunda bu gün keçirilən "Yeni Malatyaspor"  - "Kayserispor" matçından (2:2) sonra insident baş verib.

Rekord.az xəbər verir ki, meydan sahiblərinin prezidenti Adil Gevrek meydana daxil olaraq, oyunun baş hakimi Hüseyin Göçekə hücum edib.

Referinin görüşün son dəqiqələrində "Yeni Malatyaspor"un qapısına penalti təyin etməsi klub rəhbərini özündən çıxarıb. Göçek və köməkçiləri polislərin müşayiəti ilə paltardəyişmə otağına yollanıblar.