Türkiyədə qadın voleybolçular arasında keçirilən Kupa Voleydə növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın formasını geyindiyi "Sarıyer BLD" yarışın C qrupunda mübarizə aparır.

Təcrübəli blokçumuzun komandası növbəti oyunda "Fənərbaxça" ilə qarşılaşıb. Gərginliyi ilə yadda qalan görüş Ayşən və rəfiqələri üçün yaxşı keçməyib. 3 hissə davam edən matçda voleybolçumuzun komandası quru hesabla məğlub olub - 0:3 (25:27, 13:25, 25:27).

Bu qələbədən sonra "Fənərbaxça" qrup birincisi kimi 1/4 finala yüksəlib.