
Türkiyə klubunun 6 futbolçusunda koronavirus aşkarlandı
- 09 Sen 2021 11:42
- 511
Türkiyənin “Bandırmaspor” komandasının 6 futbolçusunda koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, TFF 1-ci liqanın növbəti turu çərçivəsində keçiriləcək “Ümraniyəspor”la səfər oyunundan öncə komandanın kollektivindən COVİD-19 testi götürülüb. Nəticədə 6 futbolçunun koronavirus testi pozitiv çıxıb. Adları açıqlanmayan oyunçuların hamısı karantinə alınıb.
“Ümraniyəspor” – “Bandırmaspor” matçı sentyabrın 11-də keçiriləcək.