Türkiyənin “Qaziantep” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisinin 9 üzvündə koronavirus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Virusa yoluxanların yeddisi futbolçu, biri məşqçi, biri isə klub işçisidir. Həmin şəxslər karantinə alınıb.

“Qaziantep” yanvarın 14-də Türkiyə Super Liqasının 21-ci turunda “Beşiktaş”ın qonağı olacaq.