
Türkiyə klubu “Qarabağ”ın hücumçusunu istəyir
- 20 Yan 2022 14:20
- 578
“Qarabağ”ın futbolçusu İbrahima Vadji karyerasını Türkiyədə davam etdirə bilər.
Rekord.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə “Kocaelispor” klubu yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 1-ci liqa təmsilçisinin Vadjini mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilib.
Seneqallı hücumçunun “Qarabağ”da özünü xoşbəxt hiss etmədiyi və bu səbəbdən klubdan ayrılmağa müsbət yanaşdığı qeyd olunub.
Vadjinin “Qarabağ”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm Ağdam təmsilçisi ilə 15 oyunda 5 qol vurub.