Türkiyə Futbol Federasiyasında yeni prezident
- 16 İyn 2022 17:44
- 458
Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidenti bəlli olub.
Rekord.az xəbər verir ki, bu vəzifəyə yeganə namizəd olan Mehmet Böyükekşi seçilib.
52 yaşlı funksioner 209 nəfər nümayəndədən 158-nin səsini qazanıb.
Funksioner bu postda apreldə istefa verən Nihat Özdemiri əvəzləyib.
Xatırladaq ki, Mehmet Böyükekşi 2019-2021-ci illərdə “Qaziantep” klubunun prezidenti olub.