"Turan Tovuz"un Antalyadakı təlim məşq toplanışı çərçivəsində bu gün Rumıniya "Voluntari"sinə qarşı keçirməli olduğu yoxlama oyunu təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə qərar verilməsinə səbəb bölgədəki əlverişsiz hava şəraitidir.

Matç bu gün Bakı vatı ilə saat 17:00-da başlamalı idi.

Bildirilir ki, görüş sabah oynanılacaq və saat 17:00-da start götürəcək.

Əlavə edək ki, "Turan Tovuz" Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 15-də Macarıstan “Şiofok”u və Özbəkistan yüksək liqa klubu “Nasaf”la qarşılaşacaq.