
“Turan Tovuz”un stadionunda yenilik
- 23 Avq 2023 17:21
- 393
“Turan Tovuz”un stadionunda daha bir yenilik edilib.
Rekord.az xəbər verir ki, Tovuz Şəhər Stadionunda VİP sektor yenidən istifadəyə verilib.
Əsas tribunada olan VİP sektordan oyunları izləmək istəyən azarkeşlər 5 manatlıq bilet almalıdırlar.
“Turan Tovuz” cari mövsüm Premyer Liqada ilk ev oyununu 4-cü tur çərçivəsində “Səbail”ə qarşı keçirəcək. Görüş avqustun 26-da baş tutacaq.