
“Turan Tovuz”un prezidenti: “Bu mövsüm hədəfimiz Premyer-Liqada qalmaqdı”
- 27 Avq 2023 11:47
- 680
“Turan Tovuz”un prezidenti ehtiram Quliyev Premyer-Liqanın 4-cü turunda evdə “Səbail”i qəbul etdikləri matçdan (1:3) sonra media nümayəndələri ilə görüş keçirib. “Rekord.az” xəbər verir ki, o komandanın bu mövsüm üçün hədəfləri barədə danışarkən məqsədin elitada qalmaq olduğunu açıqlayıb: “Azarkeşlərimizə səslənirəm. Bilsinlər ki, bu mövsümkü hədəfimiz Premyer-Liqada qalmaqdı. Çünki biz məsələlərə real baxmaq lazımdı. Hazırkı gücümüz budu. Bir sıra çətinliklərimiz var. Hazırda əsas hədəfimiz onları həll etməkdi”.