
“Turan Tovuz”un məşqçisi imtahandan kəsilib
- 13 Dek 2021 15:00
- 775
Bu yaxınlarda AFFA-da qapıçılarla işləyən məşqçilər üçün kurslar keçirilib. Kursların sonunda isə onlardan imtahanlar götürülüb.
Rekord.az xəbər verir ki, kursa qatılan bəzi məqçilər imtahandan kəsilib və sertifikat ala bilməyib.
Həmin məşqçilər arasında “Turan Tovuz”un qapıçılarla işləyən məşqçisi Eldəniz Hüseynov da var. Lakin Hüseynov komandadakı işinə davam edəcək. AFFA növbəti kurslara ona ikinci dəfə şans verəcək.