AFFA növbəti dəfə “Turan Tovuz”u üzüb.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi bu yaxınlarda Premyer Liqada oynamaqla bağlı ümidveridi söz eşitmək üçün AFFA ilə növbəti dəfə əlaqə saxlayıb.

Lakin federasiyadan bildiriblər ki, hazırda bununla bağlı hər şey naməlumdur. Yəni komandanın növbəti mövsümdən elitaya buraxılacağına dair heç bir söz vermək olmaz. Hər şeyin necə olacağı ən yaxşı halda may-iyunda bilinəcək.