Misli Premyer Liqasının 32-ci turunda səfərdə "Zirə"nin qonağı olacaq "Turan Tovuz"da daha bir ciddi itki var.

Rekord.az xəbər verir ki, təcrübəli qapıçı Kamal Bayramov vərəqə limitini aşdığı üçün bu qarşılaşmada forma geyinə bilməyəcək.

Qeyd edək ki, "Zirə" - "Turan Tovuz" matçı mayın 1-də, saat 20:00-da Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq.