Tovuz şəhər stadionunun qazonunda aparılan işlər yekunlaşıb v ə bu gün orada test oyunu keçiriləcək.

Rekord.az xəbər verir ki, "Turan Tovuz"un U-16 və U-17 komandaları arasında keçiriləcək oyunu PFL nümayəndələri də izləyəcək.

Yalnız bundan sonra bilinəcək ki, "Turan Tovuz" növbəti turda "Sumqayıt"ı Tovuzda qəbul edə biləcək, ya yox. Əgər qazon sınaqdan uğurla çıxa bilməsə, PFL oyunun Tovuzda keçirilməsinə icazə verməyəcək. Belə olan halda, böyük ehtimalla qarşılaşma Sumqayıtda oynanılacaq.