“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi "Sabah"ın yarımmüdafiəçisi Veysəl Rzayevi icarəyə götürüb.

20 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Veysəl Rzayev 2019-2020 mövsümündə "Turan Tovuz"un heyətində Birinci Divizionun qalibi olub.