Premyer Liqanın 24-cü turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionumuzun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 24 fevral tarixində, saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq.