
"Turan Tovuz" legioner transferlərini niyə açıqlamır?
- 01 İyl 2022 15:00
- 753
Mövsümlərarası dövrün ən aktiv klublarından biri kimi "Turan Tovuz"un da adını xüsusi çəkə bilərik.
Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi artıq 7-8 futbolçu ilə rəsmən müqavilə bağlayıb.
Lakin diqqət çəkən məqam müqavilə bağlanan futbolçular arasında hələ də legionerin olmamasıdır. Hansı ki, ən azı 3 əcnəninin transferi nəzərdə tutulub. Saytımıza daxil olan məlumata görə, danışıqlar aparılan əcnəbilərlə münasibətlərin rəsmləşməməsinin səbəbi büdcənin hələ də təsdiq olunmamasıdır. Yerli futbolçularla bağlı problem olmur, tanışlıq, dostluq, "kişi sözü" ilə razılıq əldə olunur və inanırlar ki, gec-tez vəd olunan maaşı alacaqlar. Legionerlər isə konkret şərt qoyduği üçün büdcə təsdiqlənmədən rəsmi müqaviləyə imza atmaq istəmirlər.