"Turan Tovuz" klubu futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, 27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Ehtiram Şahverdiyev 2022-ci ildən "Turan Tovuz"da çıxış edir. O, daha əvvəl "Qəbələ" və "Sumqayıt"ın da formasını geyinib. Futbolçu ötən ay Tovuz klubu ilə 1 illik yeni müqavilə bağlamışdı.