“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi toqolu futbolçu Emmanuel Hakmanla 1+1 illik müqavilə bağlayıb.

Karyerası ərzində Portuqaliyada "Boavişta", "Aveş", "Portimonense", "Jil Visente"nin formasını geyinən müdafiəçi son olaraq Serbiyada "Mladost"un şərəfini qoruyub.

Hakman Toqo millisinin heyətində 8 oyunda meydana çıxıb.