
“Turan Tovuz” daha bir hücumçu transfer etdi
- 07 İyl 2023 21:30
- 380
“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Tovuz klubu nigeriyalı futbolçu Otto Conu heyətinə qatıb.
25 yaşlı hücumçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.
Son olaraq Kosovoda “Dukagini” klubunun şərəfini qoruyan Con, karyerası ərzində “36 Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça” (Kosovo) və “Priştina” (Kosovo) klublarının da formasını geyinib.