
“Turan Tovuz” bu gündən hazırlığa başlayır
- 19 İyn 2022 16:00
- 542
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” bu gün hazırlığa start verəcək.
Rekord.az xəbər verir ki, hazırda Tovuz şəhər stadionunda ot örtüyü yeniləndiyindən komanda təlim-məşq toplanışının ilk iki mərhələsini Bakıda həyata keçirəcək.
Ayxan Abbasovun rəhbərliyi altında bu gündən etibarən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə 5 günlük seleksiya xarakterli ilk mərhələ start götürəcək.
Daha sonra komanda koplektləşmiş heyətlə ayın 27-də yenidən bir araya gələcək. Transfer və hazırlıq planının növbəti mərhələləri haqda ətraflı məlumat veriləcək.