
“Traktor”dan növbəti qələbə
- 03 Sen 2023 11:00
- 390
Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “İstiqlal”la qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.
Bu qələbədən sonra 6 xalı olan təbrizlilər 6-cı pillədə qərarlaşıblar.