İran çempionatında 21-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Şəms Azər Qəzvin”lə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.

Hazırda 38 xalı olan təbrizlilər 3-cü pillədə qərarlaşıblar.