Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Nassaji Mazandaran”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1.

“Traktor” 15 turdan sonra 13 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.