
“Traktor” yenə səfərdən xalsız döndü
- 03 Yan 2022 19:39
- 675
Futbol üzrə İran çempionatında 13-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Persepolis”lə qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar - 1:2.
“Traktor” 13 turdan sonra 11 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.