
“Traktor” səfərdən xalsız döndü
- 11 Dek 2021 11:20
- 714
Futbol üzrə İran çempionatında 9-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Mes Rafsancan”la qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar - 2:3.
“Traktor” 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.