
“Traktor” doğma meydanda uduzdu
- 30 Dek 2021 13:40
- 771
Futbol üzrə İran çempionatında 12-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Zobahan”la qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar – 0:1.
“Traktor” 12 turdan sonra 11 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.