Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi “Altınordu”dan Enis Destanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb.

Enis bu mövsüm “Altınordu” ilə 16 oyunda 2 qol vurub.