
Tovuza gedəcəyi gözlənildi, "Şamaxı"ya yollandı
- 01 İyl 2022 12:00
- 696
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elvin Məmmədov “Sumqayıt”dan ayrılıb.
Rekord.az xəbər verir ki, son iki mövsümdə “kimyaçılar”ın şərəfini qoruyan orta sahə oyunçu ilə müqavilənin müddəti uzadılmayıb.
Onun yeni klubu da artıq məlumdur.
Cavid Hüseynov “Turan”, “İnter” və “Bakı”da çiyin-çiyinə çıxış etdiyi yaxın dostunu yenicə sükanı arxasına keçdiyi “Şamaxı”ya aparıb. Tərəflər birillik kontrakt şərtlərini razılaşdırıb. (sportinfo.az)