"Turan Tovuz" və Tovuz futbolu üçün böyük işlər görən Etiram Qurbanovun gələcəklə bağlı planlarında infrastrukturla bağlı da ciddi layihələr var.

Rekord.az xəbər verir ki, projektorları yeniləyən Tovuz klubu yayda hazırkı süni örtüyü təbii örtüklə əvəzləyəcək.

Saytımıza daxil olan məlumata görə, gələcək planlar arasında stadionun tamaşaçı tutumunun artırılması da var. Belə ki, əsas tribuna ilə üz-üzə olan tribunanın yenidən qurulması, ümumi tutumun 1000 nəfərə yaxın artırılması da planda var. Bu reallaşandan sonra hazırkı tutumu 6500 nəfər olan Tovuz stadionunun tutumunu 7500 nəfərə yaxın çatdırmaq mümkün olacaq.