
Tovuz stadionundan yeni xəbər: avadanlıqlar gəldi
- 01 May 2023 12:00
- 671
Tovuz şəhər stadionu ilə bağlı yeni xəbər var.
Rekord.az xəbər verir ki, işıqlandırma sistemi üçün nəzərdə tutulan avadanlıqlar Tovuza gətirilib.
Yaxın günlərdə projektorların quraşdırılmasına başlanılacaq. Bütün işlərin iyuna kimi yekunlaşması gözlənilir. Bu isə o deməkdir ki, yeni mövsümdən komanda ev oyunlarını axşam saatlarında da keçirə biləcək.