Tovuz stadionunda yeni projektorların quraşdırılması prosesində hələ ki, yenilik yoxdur.

Rekord.az xəbər verir ki, problem klubdan qaynaqlanmır.

Klub işıqlandırma qurğularını stadiona gətirib. Lakin onların quraşdırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) rəy verməlidir. Sözügedən qurum isə buna tələsmir. Bu gedişlə proses yaya kimi uzana bilər.