Tovuz şəhər stadionunun qazonu yenidənqurmadan sonra təftiş edilib
- 18:00
- 35
Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri Peşəkar Futbol Liqası (PFL) tərəfindən təftiş olunub.
Rekord.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, "Turan Tovuz" klubunun ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb.
Bu dəyişiklik aprelin 12-də "Sumqayıt" kollektivinə qarşı keçiriləcək qarşılaşmadan etibarən qüvvəyə minəcək.
Daha əvvəl qərb təmsilçisi ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.