2024-cü ilin  ilk 4 ayı ərzində Premyer Liqada ən çox azarkeş toplayan klub "Turan Tovuz"du.

Rekord.az xəbər verir ki, qış fasiləsi bitən gündən 29-cu tur da daxil olmaqla Tovuz təmsilçisi evdə 6 oyun keçirib.

Bu 6 oyuna ümumilikdə 24500 azarkeş gəlib ki, bu da Premyer Liqa klubları arasında ən yüksək göstəricidir. İkinci pillədə "Sumqayıt" azarkeşləri gedir. "Turan Tovuz"dan fərqli olaraq "Sumqayıt" qışdan sonra evdə 5 oyun keçirib. Bu 5 oyuna isə ümumilikdə 13080 azarkeş gəlib. Üçüncü yerdə isə "Neftçi" azarkeşləri gəlir. Qışdan sonra "Neftçi" evdə 5 oyun keçirib və bu 5 oyunu ümumilikdə 9975 azarkeş izləyib. Premyer Liqa klubları arasında ən aşağı azarkeş göstəricisi "Araz Naxçıvan"a məxsusdur. Stadion probleminə görə rəqiblərini Bakıda qəbul edən Naxçıvan təmsilçisinin yanvardan üzü bəri "evdə" keçirdiyi 5 oyuna toplam 1220 azarkeş gəlib.